2026-cı ilin oktyabr ayında bəzi bürclər üçün maliyyə və əməkdaşlıq baxımından yeni imkanların ortaya çıxacağı iddia olunur. Astroloji proqnozlara görə, ay ərzində üç bürc pul, gəlir və tərəfdaşlıq məsələlərinə daha çox diqqət ayıra bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.
astroloji şərhlərə əsasən, oktyabr uzunmüddətli maliyyə planlarını nəzərdən keçirmək və yeni strategiyalar üzərində düşünmək üçün əlverişli dövr kimi təqdim edilir.
Qız
Oktyabrda Qız bürcündən olanların maliyyə vəziyyətinə fərqli prizmadan baxacağı bildirilir. Ayın əvvəlində dəyişikliklər yavaş görünə bilər. Lakin 20 oktyabrda Tərəzidə baş verəcək yeni ayın maddi imkanlar və rifah anlayışına münasibəti dəyişə biləcəyi qeyd olunur.
Ayın sonlarına doğru Qızların əlavə gəlir mənbələri, o cümlədən passiv qazanc imkanları ilə maraqlana biləcəyi vurğulanır. 25 oktyabrdan sonra tərəfdaşlıq layihələri və birgə maliyyə təşəbbüsləri də gündəmə gələ bilər.
Tərəzi
Tərəzilər üçün oktyabrın əsas mövzularından birinin pul və maliyyə imkanları olacağı deyilir. 3-25 oktyabr tarixlərində retroqrad Veneranın təsiri ilə əvvəlki maliyyə qərarlarının və büdcənin yenidən nəzərdən keçiriləcəyi bildirilir.
Bu dövrdə keçmiş investisiyalarla bağlı bəzi imkanların yenidən gündəmə gəlməsi ehtimalından danışılır. Bununla belə, astroloji proqnoz riskli və tələsik investisiyalardan uzaq durmağı, daha çox hesablamalara və gələcək planlara diqqət ayırmağı tövsiyə edir.
Oğlaq
Oktyabrda Oğlaqlar üçün əməkdaşlıq və tərəfdaşlıq ön plana çıxa bilər. Astroloji şərhlərə görə, 23 oktyabrda Yuno-nun Dolçaya keçməsi birgə layihələrə və qarşılıqlı fayda gətirə biləcək əməkdaşlıqlara marağı artıra bilər.
Söhbət yalnız şəxsi münasibətlərdən deyil, biznes tərəfdaşlığından və maliyyə məsələlərində təcrübəli şəxslərlə əməkdaşlıqdan da gedə bilər. 15 oktyabrda Plutonun Dolçada istiqamət dəyişməsi ilə Oğlaqların maliyyə prioritetlərini daha aydın müəyyənləşdirə biləcəyi iddia olunur.
Jalə

