Maraqlı

Məşhur türk aktrisa karyerasını bitirdiyini açıqladı

Məşhur türk aktrisa karyerasını bitirdiyini açıqladı

Türk aktrisa Hülya Koçyiğit Kadir İnanırın mirası ilə bağlı müzakirələr xatırladılaraq ona ünvanlanan "Vəsiyyətnamənizi hazırlamısınızmı?" sualına "Vəsiyyətnaməm yoxdur" cavabını verib.

Demokrat.az xəbər verir ki, Hülya Koçyiğit ötən axşam Şəriflər Yalısında keçirilən tədbirdə görüntülənib. Yeşilçamın məşhur aktrisasına "Sizi sevənlər maraqlanır; ekranlara qayıdacaqsınızmı, sizi yenidən hansısa layihədə görə biləcəyikmi?" sualı ünvanlanıb.

Koçyiğit "Bundan sonra aktrisa kimi fəaliyyət göstərməməyi düşünürəm. Deyəsən, 200-ə yaxın film çəkmişəm, kifayətdir. Gözəl ssenarilər gəlir, amma bir qərar vermişəm və qərarımda israr edirəm" deyib.

Jalə

JD
Jalə Davud