Cəmiyyət

Toylara 120 nəfərlik limit qoyulur? - Rəsmi qərar var, yoxsa...

Toylara 120 nəfərlik limit qoyulur? - Rəsmi qərar var, yoxsa...

Son günlər Azərbaycanda keçirilən toy mərasimlərində 120 nəfərlik limit tətbiq olunacağı ilə bağlı məlumatlar yayılır.

Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, yas mərasimlərində olduğu kimi, toylarda da israfçılığın qarşısının alınması üçün inzibati tədbirlərin tətbiq edilə biləcəyi bildirilir.

İddianın geniş yayılmasına baxmayaraq, toy mərasimlərində 120 nəfərlik limitin tətbiqi ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.

Sözügedən məlumatlar yalnız müxtəlif platformalarda yayılan iddialardan ibarətdir və aidiyyəti qurumlar tərəfindən hər hansı məhdudiyyətin tətbiqi barədə rəsmi açıqlama verilməyib.

Buna baxmayaraq, bu təşəbbüs cəmiyyətdə kifayət qədər dəstək qazanıb.

Müzakirələrdə əsas diqqət böyük məclislərin ailələr üçün yaratdığı maliyyə yükünə yönəlib. Təklifi müdafiə edənlər hesab edir ki, qonaq sayının məhdudlaşdırılması toy xərclərinin azalmasına və ailələrin daha az borclanmasına səbəb olacaq.

JD
Jalə Davud