İdman

Salahın Trabzonda üstündə oturduğu qaya ziyarətgaha çevrildi -FOTO

Salahın Trabzonda üstündə oturduğu qaya ziyarətgaha çevrildi -FOTO

Ulduz futbolçu Məhəmməd Salahın Trabzonda üzərində oturduğu qaya qısa müddətdə məşhurlaşıb.

Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, misirli futbolçu bir neçə gün əvvəl Kurtdere Yaylasını ziyarət edib və burada qayanın üzərində oturaraq foto çəkdirib.

Salahın paylaşımından dərhal sonra həmin əraziyə azarkeş və turist axını başlayıb. Gələnlər futbolçunun oturduğu yerdə foto çəkdirirlər.

Əraziyə "Salah Yaylası" yazılı lövhə qoyulub, qayanın yanına isə ziyarətçilərin dincəlməsi üçün skamyalar yerləşdirilib.

Beləliklə, Salahın bir neçə dəqiqə oturduğu qaya artıq azarkeşlərin və sadə vətəndaşların yeni ziyarətgahına çevrilib.

Salahın Trabzonda üstündə oturduğu qaya ziyarətgaha çevrildi -FOTO

JD
Jalə Davud