Özəl

İbrahim Tatlısesi güllələyən şəxs müvəqqəti olaraq həbsdən buraxıldı

İbrahim Tatlısesi güllələyən şəxs müvəqqəti olaraq həbsdən buraxıldı

Türkiyəli məşhur müğənni İbrahim Tatlısesə 2011-ci ildə edilən silahlı hücumla bağlı məhkum olunan Abdullah Uçmak yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün həbsxanadan müvəqqəti çıxarılıb.

Demokrat.az xəbər verir ki, Uçmak Adananın Kozan rayonunda dünyasını dəyişən qohumu Bilal Bayrakçının dəfninə qatılıb. O, mərasim boyunca polis əməkdaşlarının müşayiəti və ciddi təhlükəsizlik tədbirləri altında olub.

Dəfn mərasimi başa çatdıqdan sonra Abdullah Uçmakın cəzaçəkmə müəssisəsinə geri qaytarıldığı bildirilib.

Bu, Uçmakın dəfn mərasimi üçün həbsxanadan ilk dəfə müvəqqəti çıxması deyil. O, 2026-cı ilin yanvarında da Tekirdağdakı həbsxanadan xüsusi icazə ilə ayrılaraq Kadirli şəhərində yaxınlarından birinin dəfn mərasimində iştirak etmişdi.

Qeyd edək ki, İbrahim Tatlıses 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində ağır yaralanan sənətçi xəstəxanaya yerləşdirilmişdi. İstintaq və məhkəmə prosesləri zamanı Abdullah Uçmak hücumun təşkilatçısı olmaqda təqsirli bilinərək həbs cəzasına məhkum edilib.

Jalə

JD
Jalə Davud