Müğənni Elvin Abdullayev formada qalma sirrini bölüşüb.
"Qonaqcanlı" proqramına qatılan sənətçinin çəki itirməsi diqqət çəkib. Elvin bununla bağlı suallara cavab olaraq idmanla məşğul olduğunu və qidalanmasına diqqət etdiyini bildirib:
"Hamı bilir ki, idmanla məşğul oluram. Kökəlməyə meyilli biriyəm. Amma özümü qoruyuram. Hər bir sənətçi görünüşünə fikir verməlidir. Yeməyimə həmişə fikir verirəm". (axşam.az)

