Hadisə

Türkiyədə güclü zəlzələ - Sakinlər küçəyə axışdı

Türkiyədə güclü zəlzələ - Sakinlər küçəyə axışdı

Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yeraltı təkanların yerli vaxtla saat 10:45-də qeydə alındığını açıqlayıb.

Məlumata görə, zəlzələnin episentri Şanlıurfanın Karakörpü rayonunda yerləşib. Sarsıntı Şanlıurfa ilə yanaşı Qaziantep, Diyarbəkir, Adıyaman və Elazığda da hiss olunub.

Zəlzələ zamanı təşvişə düşən bəzi sakinlər ev və iş yerlərindən küçələrə çıxıblar. Sosial şəbəkələrdə yayılan paylaşımlarda təkanların güclü hiss edildiyi bildirilib.

Bu arada Kandilli Rəsədxanası zəlzələnin maqnitudasını 5,8 olaraq açıqlayıb.

Zəlzələnin yaratdığı fəsadlarla bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.

Jalə

JD
Jalə Davud