İsveçrənin Türkiyədəki Baş Konsulluğu bağlanıb

DÜNYA 02 fev 2023, 17:24

İsveçrənin İstanbuldakı Baş Konsulluğu bağlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Baş Konsulluq məlumat yayıb.

"Təhlükəsizlik tədbirləri səbəbi ilə İsveçrənin İstanbuldakı Baş Konsulluğu növbəti açıqlama verilənə qədər bağlı olacaq. Viza və pasport prosedurları üçün görüşlər ləğv ediləcək. Anlayışınız üçün təşəkkür edirik", – Baş Konsulluq baş verənləri şərh edib.

Xatırladaq ki, İsveçrə Baş Konsulluğundan öncə Niderland, Almaniya, Fransa, Belçika və İngiltərənin Türkiyədəki konsulluqları bağlanıb.//apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top