Peleyə görə Braziliyada matəm elan olundu

İDMAN 30 dek 2022, 09:35
Əfsanəvi futbolçu Pelenin 82 yaşında vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkə Prezidenti Jair Bolsonaro fərman imzalayıb.

Bundan başqa, Bolsonaro tviter hesabında paylaşım edərək Pelenin ailəsinə başsağlığı verib.

“Pele futbolu sənətə və əyləncəyə çevirdi, futbolla Braziliyanın adını dünyaya duyurdu” - Bolsonaro paylaşımında qeyd edib.

Qeyd edək ki, Pele ötən gün vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top