Qriqoryan Baydenin müşaviri ilə Laçın yolunu müzakirə etdi

DÜNYA 22 dek 2022, 18:29
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə Qriqoryan özünün "Facebook" hesabında məlumat yayıb.

Tərəflər Laçın yolu ətrafındakı cari vəziyyəti müzakirə ediblər.

“Biz vəziyyətin tezliklə həllinin və sülh danışıqları üzrə işin davam etdirilməsinin vacibliyini vurğuladıq”, - Qriqoryan qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top