Almaniya dövlət çevrilişi cəhdindən sonra silahla bağlı qanunu sərtləşdirir

DÜNYA 11 dek 2022, 19:57
Almaniyada dövlət çevrilişinə cəhddən sonra silahla bağlı qanunu sərtləşdirməyə qərar veriblər.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser tviterdə məlumat yayıb.

"Ən azı 1 050 reyxsburqçunun (Almaniyadakı "Reyx vətəndaşları" millətçi hərəkatının üzvləri - red.) silah lisenziyası ləğv edilib", - nazir qeyd edib.
Feser yaxın vaxtlarda silah gəzdirmək haqqında qanunun sərtləşdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, dekabrın 7-də Almaniya polisi sağ ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top