Bakıda 22 yaşlı oğlan ondan boşanmaq istəyən arvadına xəsarət yetirdi

KRİMİNAL 08 dek 2022, 14:21
Bakının Qaradağ rayonunda 2000-ci il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində həyat yoldaşı Laləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 7-də baş verib. 

Pərviz həmin gün saat 16.00-da arvadı ilə arasında ailə məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı onu döyüb. 

İstintaq orqanı tərəfindən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Lalə onun həyat yoldaşıdır, onların birgə nigahlarından bir azyaşlı qızları olub: “Tez-tez aramızda ailə məişət zəminində mübahisələrimiz yaranıb. Hadisə günü, təxminən saat 15 radələrində Lalə oxuduğu Tibb Kollecinin yaxınlığında gözlədim. Lalə kollecdən çıxanda mənimlə rastlaşdı və birgə marşrutla Sahil qəsəbəsinə getdik”. 

Təqsirləndirilən şəxs bildirib ki, söhbət əsnasında onu saat 16.00-da arvadı ilə aralarında ailə məişət münasibətlərinin pozulması zəmnində yaranmış mübahisə zamanı şillə və yumruq ilə onun baş, bədəninin müxtəlif nahiyyələrinə vurub. O, ifadəsinin sonunda arvadı ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, hadisədən əvvəl ərinə onunla birgə yaşamaq istəmədiyini, ondan boşamacağını deyib. Bildirib ki, əri isə boşanmaq üçün məhkəməyə müraciət etməməsini xahiş edib. 

Daha sonra qeyd edib ki, sonradan əri ilə aralarında mübahisə yaranıb, mübahisə zamanı əri onu döyərək xəsarət yetirib. Zərərçəkmiş ifadəsinin sonunda ərini bağışladığını, ondan şikayətçi olmadığını bildirib. 

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb. 

Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top