Biləsuvar sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı — YENİLƏNİB

KRİMİNAL 08 dek 2022, 09:11
Biləsuvar rayonunun Xırmandalı kəndində dekabrın 8-də saat 03 radələrində kənd sakini 1982-ci il təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.

Bu barədə Demokrat.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

***

Biləsuvar rayonunun Xırmandalı kəndində 1982-ci il təvəllüdlü Mehtun Qarayevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Cavad Kərimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Bu barədə Demokrat.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.

***

Dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayev öldürülüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top