"Rusiyanı məğlubiyyətə uğratmaqla,dinc və sabit gələcəyi təmin edə bilərik" — İsveç XİN

DÜNYA 28 noy 2022, 21:11
İsveç Ukraynaya yardım etməkdə davam edəcək.

Demokrat.az
Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə  İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Bilström bildirib.

O qeyd edib ki, son hərbi yardım paketinin məbləği  əvvəlkilərin ümumi dəyərindən çoxdur:

"Yalnız müharibədə Rusiyanı məğlubiyyətə uğratmaqla, biz dinc və sabit gələcəyi təmin edə bilərik. Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir. Bunun üçün də son sözü Ukrayna hakimiyyəti deməlidir"

Onun sözlərinə görə, Ukraynanın itirilməsi qəbuledilməz haldır:

"İsveç çox dinc ölkədir. Dinclik və sabitliyin yaranması üçün biz Ukraynanı dəstəkləyəcəyik",- İsveç Xarici İşlər Nazirliyinin rəhbəri nitqini yekunlaşdırıb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top