Sərnişinin bıçaqlanma videosu… — DİN-dən açıqlama

SOSİAL 17 noy 2022, 19:54
Sosial şəbəkələrdə avtomobildə sərnişinin bıçaqlanması ilə bağlı yayılan görüntülər barədə məlumatlıyıq, araşdırma aparılır.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd edək ki, hadisə Bakı-Sumqayıt avtomobil yolunda qeydə alınıb. Belə ki, "Toyota Prius" markalı minik avtomobilindəki sərnişin bıçaqlandıqdan sonra hərəkətdə olan maşından düşərək hadisə yerindən uzaqlaşmağa çalışır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top