“Rəşad Dağlı türmədə də azadlıqda olduğu kimi kef edəcək“ — Tanınmış hüquqşünas

GÜNDƏM 15 noy 2022, 14:39
Qonşusu İsgəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən tanınmış meyxanaçı Rəşad Dağlının adı ətrafında yaranmış müzakirələr səngimək bilmir.

Pərəstişkarları təkcə hüquqi müstəvidə deyil, həm də sosial şəbəkələr vasitəsilə meyxanaçıya "bəraət" almağa çalışırlar.  

Məlum qətl hadisəsindən sonra Rəşad Dağlının qəhrəman obrazının yaradıldığı açıq şəkildə müşahidə olunur.

Mövzu ilə bağlı, Yenisabah.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildiirb ki, istənilən tanınmış insanın həyatı daim maraq dairəsində olub:

“Əvvəlki dövrlərin tanınmışları alimlər və ziyalılar idisə, indi zəmanə tamamilə dəyişib. İstənilən tanınmış adamın başına iş gəldikdə, yaxud qanunu pozduqda onun fanatları bu halı qəbullanmır, dərhal onun müdafiəçisinə çevrilirlər. Bəzən bu yolla cəzanı az da olsa yüngülləşdirə bilirlər. Amma bu hər dəfə mümkün olmur. Rəşad Dağlının törətdiyi qətl barədə müxtəlif fərziyyələr irəli sürülür. Tutaq ki, səni təhqir ediblər. Bu o deməkdi ki, ona 14 bıçaq vurmalısan? Bu iş hər kəsin başına gələ bilər.  Amma hər kəs əsəbini cilovlamağı bacarmalıdır”.

Ə.Həsənov meyxana sənətini kəskin təndiq edib:

“Mənim üçün meyxana deyən adamla nəşə çəkən adamın heç bir fərqi yoxdir. Meyxanın xeyri var? Təbiiki də yox. Bu mənim şəxsi fikrimdir. ABŞ-da tanınmış bir aktyorun qadına qarşı zorakılığı müşahidə edilmişdi. Lakin buna baxmayaraq, cəmiyyət buna göz yumdu və onu bir qəhrəmana çevirdi. Lakin, buna baxmayaraq o, cəzasını çəkdi. Azərbaycanda qanunçuluq olduqca zəifdir. Bizim millət zənn edir ki, onsuz hər şey pulla həll olunur. Məsələn Əli Həsənovun nəvəsi. Avtomobillə adam vurmasına baxmayaraq, cəzasını hamı kimi çəkmədi. Bunları hər kəs bilir və deyir ki, bizim tanınmış insanlarımız nazir balasından geri qalmır ki...”

“Qətli adi insanlar törədəndə hamı deyir ki, onu ağır şəkildə cəzalandırmaq lazımdır. Bəs tanınmışlar? Onlar cəza çəkməyəcək? Azərbaycan xalqının içərində kifayət qədər savadlı insan olmasına baxmayaraq, çoxları dünyagörüş baxımdan aşağıdır. Mən 99 faiz əminəm ki, Rəşad Dağlıya hər kəs kimi cəza tətbiq edilsə, o, “içəri”də də kef edəcək. Onun üçün türmə ilə azadlığın bir fərqi olmayacaq”, - deyə hüquqşünas fikrini tamamlayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top