Nikolayevdə partlayış səsləri eşidildi

DÜNYA 10 noy 2022, 23:51
Ukraynanın  Nikolayev vilayətində partlayış səsləri eşidilib.

Demokrat.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Bundan sonra şəhər və rayonda hava xəbərdarlığı elan edilib. 

Ölən və yaralılarla bağlı məlumat yoxdur.

Xatırladaq ki , noyabrın 9-da səhər saatlarında da Nikolayevdə partlayış səsləri eşidilib. Bundan sonra şəhərdə hava xəbərdarlığı elan edilib.

Qeyd edək ki, Nikolayev vilayəti tam olaraq Ukraynanın nəzarətinə keçib.


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top