Norveçdən Ukraynaya 144 milyon dollarlıq YARDIM

DÜNYA 10 noyabr 2022, 22:29
Norveç hökuməti Böyük Britaniyanın rəhbərlik etdiyi Ukrayna Beynəlxalq Fonduna təxminən 1,5 milyard NOK (təxminən 144 milyon dollar) yardım etməyə hazırlaşır.

Demokrat.az “Ukrinform ” a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu məbləğ hökumətin daha əvvəl Ukraynaya hərbi yardım üçün ayırdığı 400 milyon Norveç kronuna əlavə olaraq fonda veriləcək.

Norveçin müdafiə nazirinin  sözlərinə görə, Norveç hökumətindən Ukraynaya müdafiə yardımı ilk olaraq pilotsuz təyyarələrin, Rusiyanın pilotsuz təyyarələrinin qarşısını almaq üçün avadanlıqların və artilleriya mərmilərinin alınmasına sərf edilib.

“Bu fond birbaşa Müdafiə Nazirliyindən alınan texnikanı verir. Norveç  dünyada lider olan müdafiə sənayesinə malikdir və Ukraynanın ehtiyaclarını ödəyə biləcək sistemlər istehsal edir. Mən şadam ki, Norveç sənayesi bu fond vasitəsilə Ukraynaya yardım edə biləcək”, - o  deyib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top