Ukrayna ordusu Rusiyanın 5 tankını, 60 texnikasını sıradan çıxarıb

DÜNYA 30 avq 2022, 18:31
Ukrayna Ordusu ölkənin cənubunda Rusiyanın 60 texnikasını sıradan çıxarıb. 

Bu barədə “Pivden” operativ komandanlığın rəhbəri Vladislav Nazarov bildirib. Onun sözlərinə görə, Ukrayna hərbi təyyarələri ötən gecə Kiselyovka və Kostırka rayonlarında cəmləşən rus qüvvələrinə 2 zərbə endirib. Raket-artilleriya hissələri 220 atəş tapşırığı yerinə yetirib.

“Ötən gecə düşmənin itkiləri belədir: 159 hərbçi, 60 texnika. O cümlədən 5 tank T-72, 3 qaubitsa “Msta-B” , S-300-ün buraxılış qurğusu, radioelektron mübarizə stansiyası, 120 mm mobil minomyot, 5 raketəleyhinə kompleks, 40 zirehli və avtomobil texnikası sıradan çıxarılıb”-deyə Nazarov vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top