Şuşada növbəti binaların inşasına dair açıq tender elan olundu

İNFRASTRUKTUR 04 iyl 2022, 16:54
Şuşa şəhərində növbəti 15 yaşayış binasının inşasına dair açıq tender elan olunub.

Demokrat.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edibdir. 

Tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avto dayanacaqla təmin olunması nəzərdə tutulur. 

Şirkətlər 9 avqust 2022-ci il tarixə kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə 18 avqust 2022-ci il tarixə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər. 

Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunmuşdur.

Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top