Pakistan Azərbaycanla iqtisadi əlaqələri genişləndirəcək

XARİCİ SİYASƏT 02 iyn 2022, 08:30
Pakistan və Azərbaycan işgüzar və iqtisadi əlaqələri genişləndirmək barədə razılığa gəliblər.

Bu barədə “Report” Pakistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, bununla bağlı qərar çərşənbə günü İslamabadda Azərbaycanın səfiri Xəzər Fərhadovla Pakistanın federal iqtisadiyyat naziri Ayaz Sadiq arasında keçirilən görüşdə qəbul olunub.

Pakistanın federal iqtisadiyyat naziri Azərbaycanda enerji sektorunda hökumətlərarası sazişin imzalanmasına köməklik göstərilməsi üçün daha çox əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.

Ayaz Sadiq iki ölkə arasında ticarət və əməkdaşlığın durmadan artdığını, lakin Pakistan və Azərbaycanın bunun üzərində daha çox işləməli olduğunu vurğulayıb.

İki ölkə bir çox sahələr üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib və Birgə İşçi Qrupun görüşlərinin keçirilməsinə qərar verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top