Fransa yeni nazirləri təyin edir

DÜNYA 20 may 2022, 21:59
Fransa hökumətində yeni nazirlər təyin olunub.

Demokrat.az TASS-a  istinadən xəbər verir ki, təyinatları cümə günü Yelisey sarayının baş katibi Aleksis Kohler elan edib.

Ketrin Kolonna Fransa Xarici İşlər Nazirliyinin rəhbəri olub. O, 2017-ci ildən XİN-ə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.

Kolonna peşəkar diplomat və siyasətçidir. O, Fransanın səfiri rütbəsinə malik üç fransız qadından biridir və əvvəllər ölkənin Böyük Britaniya və İtaliyadakı diplomatik nümayəndəliklərinə rəhbərlik edib. 

Fransanın Müdafiə Nazirliyinə Sebastyan Lekornu rəhbərlik edəcək. 

Daxili İşlər Nazirliyinə Cerald Darmanen rəhbərlik edəcək. 

Bruno Le Mer Fransanın İqtisadiyyat, Maliyyə, Rəqəmsal və Hökumət Suverenliyi Nazirliyinin rəhbəri olacaq.

Anyes Panye-Ryunaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.

Amali de Monşalen Fransanın ətraf mühitin planlaşdırılması və əraziləri naziri təyin edilib. 

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top