Məzarlara baxım xidməti yaradıldı: Qiymətlər necədir? — ARAŞDIRMA

SOSİAL 14 may 2022, 13:20
Baş çəkdiyimiz qəbiristanlıqda təmiz məzarlarla yanaşı, səliqəsiz məzarlara da rast gəldik. Görünüşündən uzun müddət ziyarət edilmədiyi bəllidir. Bəzən insanlar öz yaxınlarının məzarını ziyarət edib, onun ətrafında təmizlik işləri apara bilmirlər. Və səliqəsiz görüntü yaranır. Doğmalarının məzarını tez-tez ziyarət edə bilməyənlər üçün baxım xidməti yaradılıb. Amma bu xidmətlər müəyyən ödəniş qarşılığında bəzi şirkətlər tərəfindən həyata keçirilir. Onlar məzarların yanına çiçək qoyur və təmizlik işləri həyata keçirilir. 

İnsanların bu ideyaya yanaşması isə müxtəlifdir:

“Yaxşı məsələdir, hər dəfə gəlmək olmur müəyyən səbəblərdən. Ancaq belə bir xidmət sayəsində müəyyən məbləğdə pul köçürməklə məzar təmiz, səliqəli qalır.”

“Yaxşı olardı ki, qəbrin əzizləri gəlib özləri ziyarət etsinlər. Qəbirə sahibinə hörmət edən adamlar onu yaddan çıxarmasınlar. Vaxtaşırı gəlsinlər həm ziyarət etsinlər, həm də qəbiri də səliqəyə salsınlar.”

“Əlbəttə yaxşı ideyadır. Onsuzda biz özümüz şəxsi adam tuturuq təmizlətdiririk ki, bu müəyyən günlərdə gələndə təmizlik olsun.”

Qanunvericiliyə əsasən, qəbirlərə baxım və idarəçiliyi yerli bələdiyyələrin tabeliyindədir. Millət vəkili Azər Badamov Demokrat.az-a açıqlamasında bildirdi ki, qanun qəbiristanlıqlarda özəl şirkətlərin xidmətini qadağan etmir.



“Özəl müəssisənin yaradılması yəni qəbir xidmətlərinin göstərilməsi üçün qəbiristanlıqda xidmətlərin göstərilməsi üçün belə bir müəssisənin yaradılması yaxşı bir fikirdir. Çünki ola bilsin ki, hər hansı bir vətəndaş əzizini itirmiş, dəfn olunmuş bir şəxs qəbiristanlıqdakı qəbirdə məzara olunan xidmətdən narazıdır və özəl şirkətlərlə müqavilə bağlayıb, qarşılıqlı ödəniş, qarşılıqlı razılıq əsasında daha yaxşı xidmətlə yararlanmaq imkanı əldə etməlidir. Burada mütləq şəkildə hər hansısa bir müəssisənin bu xidmətdən yararlanmalı kimi tələb yoxdur. Qanunda nəzərdə tutulduğu kimi heç bir müəssisə olmasa da bələdiyyələr tərəfindən qəbiristanlıqlar qorunmalıdır, bütün xidmətlər bələdiyyələr tərəfindən həyata keçirilməlidir.” 

Bəs görəsən bələdiyyələr bu səsləndirilən fikirlərdən xəbərdardırmı? Bəzi qəbiristanlıqlardakı mənzərəyə baxdıqda bu elə də inandırıcı görünmür. Onu da qeyd edək ki, məzarlıqlara baxım xidməti aylıq 30-40 və illik 300-400 manat olmaqla vətəndaşlara təklif edilir. 



Gülçin Qorxmaz
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top