Blinken ukraynalı həmkarı ilə Kiyevə hərbi yardımı müzakirə edib

GÜNDƏM 14 apr 2022, 22:51

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı Vaşinqtondan Kiyevə hərbi yardımı müzakirə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.

Prays bildirib ki, Birləşmiş Ştatlar Ukrayna hökumətinə və xalqına təhlükəsizlik, iqtisadi və humanitar dəstək verməyə davam etməkdə qərarlıdır.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 "Switchblade" mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top