Ərdoğan Avstriya kansleri ilə Rusiya səfəri öncəsi danışdı

DÜNYA 10 apr 2022, 22:02
Avstriya kansleri Karl Nehammer Moskvaya yollanır.

Demokrat.az-ın TASS-a istinadən xəbərinə görə, sabahkı səfərdə əsas məqsəd Rusiya prezidenti Vladimir Putinlə görüşdür.

Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya kansleri Karl Nehammerlə telefon danışığı aparıb.
 
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
Danışıqlarda Türkiyə-Avstriya münasibətlərinin yaxşılaşdırılması istiqamətində addımlar və regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
 
Ərdoğan Avstriya kanslerine bildirib ki, Ankara və Vyana təbii qaz təchizatı sahəsində əməkdaşlığı gücləndirə bilər.

Zamiq
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top