Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailəni təxliyə etdi

DÜNYA 27 yan 2022, 21:35
Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib. Bu barədə Qırğızıstanın Batken vilayətinin vilayət administrasiyasının mətbuat xidmətindən bildirilib.

"Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib", - mətbuat xidmətinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir.

“Batken şəhərinə təxliyə edilən vətəndaşlar ərzaqla təmin olunub”, - mənbə qeyd edib. ("İnterfax")

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top