Tələbələrin köçürülməsinə başlanılır

SOSİAL 14 avq 2020, 18:25

Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək.


Demokrat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.


Bildirilib ki, elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.


Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.


Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir.


Bunun üçün təhsilalanlar tələb olunan məlumatı daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top