Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötdü

DÜNYA 11 avq 2020, 21:15

Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.


Demokrat.az “worldometers”ə istinadla xəbər verir ki, dünyada yeni növ koronavirusa yoluxanların sayı 20 milyon 275 min 611, həmin xəstəlikdən ölənlərin sayı isə 739 min 512 nəfər olub. 13 milyon 201 min 357 nəfər isə sağalaraq evə buraxılıb.


Qeyd edək ki, dünyada COVİD-19-a yoluxma sayına görə birinci sırada ABŞ-dır. Orada son sutka ərzində 49 min 800 nəfər koronavirusa yoluxub, 569 nəfər isə dünyasını dəyişib. Nəticədə həmin ölkədə COVİD-19 səbəbilə ölənlərin sayı 166 min 192-yə, yoluxanların sayı isə 5 milyon 251 min 446-ya çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top