Sahibə Qafarova türkiyəli həmkarı ilə telefonla danışdı

SİYASƏT 03 avq 2020, 16:54

Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop arasında telefon danışığı olub.  

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a verilən məlumata görə, TBMM Sədrinin təşəbbüsü ilə baş tutan telefon danışığında qardaş ölkənin Spikeri Milli Məclis Sədrini, bütün millət vəkillərini və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramını təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

 

Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində, Mustafa Şentopun, TBMM-nin bütün üzvlərinin və qardaş Türk xalqının Qurban bayramını təbrik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top