Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

DAXİLİ SİYASƏT 18 oktyabr 2025, 13:28
Bu dəqiqələrdə Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib.

Demokrat.az-ın Teleqraf-a istinadən məlumatına görə, konfrans “Four Seasons” hotelində mediaya qapalı baş tutub.

Seçkilərin nəticəsinə görə, federasiyanın prezidenti yenidən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçilib.

İclasda İcraiyyə Komitəsinin heyətində də dəyişiklik edilib. Belə ki, Ağayar Axundzadənin yerinə olimpiya mükafatçısı Mövlud Mirəliyev İcraiyyə Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, R. Nəbiyev 2021-ci ildən Azərbaycan Cüdo Federasiyasının prezidentidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2025, 14:00
18 oktyabr 2025, 12:33
Top