Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib.
Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib.
Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.
Məsələni dəqiqləşdirmək üçün AR Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən müəssisələr qanunvericiliyə uyğun olaraq ləğvolunma prosesindədir.