Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü — 8 nəfər yaralandı

HADİSƏ 08 iyl 2020, 16:30

Quba Mərkəzi Rayon  Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb. 


"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xudat Şəhər Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən, yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər. .


Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Xudat Şəhər Xəstəxanasının baş həkimi Qədir Hüseynov "Report"a faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir. 


Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən  briqadalrından birinin tibb işçiləri olub. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top