Bakıda DƏHŞƏT: Kişi keçmiş həyat yoldaşını küçədə öldürdü

KRİMİNAL 30 iyn 2020, 12:01

Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib.


Demokrat.az xəbər verir ki, hadisə iyunun 27-də paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.


Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb. A. Abbasov 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top