İqtisadiyyat

ADY-də yükdaşımalar son 9 ayda 29% artıb

ADY-də yükdaşımalar son 9 ayda 29% artıb

ADY 2026-cı ilin yanvar-sentyabr aylarına 14 milyon tona yaxın yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Qeyd olunan dövrdə tranzit daşımaları 15% artaraq 5.7 milyon tona çatıb. Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 20%, Şimal-Cənub istiqaməti üzrə isə 26% artım qeydə alınıb.

Bu ilin sentyabrında ümumi yükdaşıma həcmi 29%, tranzit daşımalar isə 37% artıb.