Azərbaycanda toya hazırlaşan gənc qətl törətdi

KRİMİNAL 24 noy 2021, 10:53
Salyan rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub.

Demokrat.az xəbər verir ki, rayonun Babazanlı kəndində yaşayan Tural Nəzərov hadisə yerinə idarə etdiyi taksi ilə gələn Səbuhi Qasımov Sərdar oğlunu ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Bildirilir ki, qətli törədən şəxs nişanlıdır və bu yaxınlarda toyu olacaqmış.

Qətlə yetirilən gənc isə özünə məxsus VAZ-2107 markalı avtomobillə Salyanda taksi fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı cinayət işi açılıb, hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, fotodakı qətlə yetirilən Səbuhi Qasımovdur.(publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top