Saakaşvilinin tərəfdarları yenə mitinq keçirir — FOTO

REGİON 24 okt 2021, 23:16
Gürcüstanda sabiq prezident Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanasının yaxınlığında onun tərəfdarlarının mitinqi keçirilir.

Bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.

Mənbə yazır ki, onlar eks-prezidentin mülki klinikaya köçürülməsini tələb edirlər.

Bundan əvvəl siyasətçi aclıq aksiyasına başlayıb və həbsxana xəstəxanasına yerləşdirilməkdən imtina edib.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Gürcüstanda ona qarşı bir neçə cinayət işi başlanıb. Onlardan ikisi üzrə artıq qiyabi hökmlər çıxarılıb./bizim.media

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top