Türkiyə və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

DÜNYA 09 okt 2021, 11:19
Ankara şəhərində Türkiyə və İran Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri arasında məşvərət görüşü keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyənin nümyəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal və İran təmsilçilərinə isə xarici işlər nazirinin müavini Əli Baqeri Kəni rəhbərlik ediblər.

Məlumata görə, məsləhətləşmədə ikitərəfli əlaqələrlə yanaşı Suriya, Əfqanıstan, Qafqaz, Yəmən başda olmaqla regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top