Paşinyanın Ərdoğanla görüşü alınacaqmı?

SİYASƏT 23 sen 2021, 22:17
“Bir yandan Türkiyə ilə yolların açılmasından danışırlar, bu yandan da həmin ölkəyə qarşı ərazi iddiaları irəli sürürlər...”
 
“Ermənistan üçün Türkiyə ilə əlaqələr yaratmaq yeganə şansdır ki,  bu ölkə Rusiyanın təsirindən çıxa bilsin...”
 
“Bilirsiz,  əvvəla, Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı siyasəti haqda müxtəlif baxışlar var.  Bəziləri deyir ki, Paşinyan doğrudan da sülh istəyir.  Amma digərləri deyir ki, bu, sadəcə, erməni oyunudur. Mən də ikincilər  kimi düşünürəm.  Biz nəyi anlamalıyıq? Ermənistan üçün Türkiyə ilə əlaqələr yaratmaq yeganə şansdır ki,  bu ölkə Rusiyanın təsirindən çıxa bilsin. İstər-istəməz Ermənistan bu addımı atmalıdır. Amma gərək yalançı, ikiüzlü siyasi cəhdlər etməsinlər, səmimi olsunlar”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov ifadə edib.
 
“Əgər bizimlə, Türkiyə ilə normal əlaqələr qurulsa, Ermənistan gərək öz konstitusiya və digər sənədlərində Türkiyə və  Azərbaycana qarşı ərazi və saxta “soyqırım” iddialarını çıxarsınlar.  Bu, necə olur ki, Paşinyan bir yandan deyir, mən sülhə danışıqlara hazıram, o yandan da yenə də  “Artsax”dan-filandan dəm vurur, Qarabağa, yəni Azərbaycan ərazisinə sərmayə qoymaq haqqında proqram qəbul edir. Təbii ki, belə halda sülhdən danışmağa dəyməz. Bir yandan Türkiyə ilə yolların açılmasından danışırlar, bu yandan da həmin ölkəyə qarşı ərazi iddiaları irəli sürür, 1915-ci il qondarma “soyqırımı”nı yada salırlar.  Yəni  hələlik Ermənistan hakimiyyətində Azərbaycan və Türkiyə ilə sülhə getmək üçün əsl mənada dönüşü görmürəm.  Amma  Paşinyanın Ərdoğanla görüşməsi lazımdır. Ermənilər başa düşməlidirlər ki, biz, Türkiyə bütün qonşularla sülh istəyirik.  Amma Ermənistan da buna uyğun öz siyasətini dəyişməlidir. Yəni belə bir məntiq əsasında görüş ola bilər”- deyə  sabiq baş diplomat bildirib. 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top