Gürcüstanda bankda insanları girov götürən şəxs saxlanıldı

REGİON 09 sen 2021, 20:00
Kvarelidə “Gürcüstan bankı”na hücum edərək insanları girov götürən silahlı şəxs üç saatdan çox davam edən əməliyyat nəticəsində saxlanılıb.

Demokrat.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Keti Kovziaşvili jurnalistlərə məlumat verib:

“Bir neçə saat davam edən xüsusi əməliyyat uğurla başa çatdı. DİN əməkdaşları insanları girov götürən şəxsi zərəsizləşdirərək saxlayıb. Bütün girovlar azadlıqdadır, onların səhhəti ilə bağlı hər hansı problem yoxdur. Faktla bağlı istintaq davam etdirilir”.

Kovziaşvilinin sözlərinə görə, DİN yaxın vaxtlarda hadisənin təfərrüatı ilə bağlı rəsmi açıqlama yayacaq. Hazırda polis, kriminalistlər və xüsusi təyinatlılar hadisə yerindədirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top