"Neftçi"nin "Olimpiakos"la oyununda insident

İDMAN 21 iyl 2021, 23:48
"Neftçi"nin "Olimpiakos"la oyununda insident  

Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda insident baş verib.

"Report"un Afinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 41-ci dəqiqədə qonaq komandanın baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident yaşanıb.

Bu, 43 yaşlı mütəxəssisin referinin qərarına etirazını bildirməsindən sonra gerçəkləşib. Fanatlar Abasova söz ataraq onu təxribata çəkiblər. Baş məşqçi isə onlara eyni tərzdə cavab verməyi lazım bilib. Nəticədə azarkeşlər trbiunadan onun olduğu ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, daha sərt formada narazılıq ediblər.

Məsələyə referi müdaxilə edərək, tərəfləri sakitləşdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top