Samir Ağabalayev: ADEX regionda ixtisaslaşmış ən böyük sərgidir

HƏRBİ 22 sentyabr 2026, 12:03
ADEX regionda ixtisaslaşmış ən böyük sərgidir.

Bunu Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev "ADEX 2026" - VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian 2026" - XV Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədbirlə bağlı mətbuat konfransının Zəfər Muzeyində keçirilməsinin xüsusi önəmi var:

"ADEX regionda ixtisaslaşmış ən böyük sərgidir. Prezident İlham Əliyev 2014-cü ildən bəri keçirilən bütün sərgiləri ziyarət edib. Dövlət başçısının müdafiə sənayesinə göstərdiyi diqqət nəticəsində bu sahə ölkəmizin müdafiə qabiliyyətinin mühüm dayaqlarına çevrilib". (report)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

22 sentyabr 2026, 11:58
Top