ADEX regionda ixtisaslaşmış ən böyük sərgidir.
Bunu Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev "ADEX 2026" - VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian 2026" - XV Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tədbirlə bağlı mətbuat konfransının Zəfər Muzeyində keçirilməsinin xüsusi önəmi var:
"ADEX regionda ixtisaslaşmış ən böyük sərgidir. Prezident İlham Əliyev 2014-cü ildən bəri keçirilən bütün sərgiləri ziyarət edib. Dövlət başçısının müdafiə sənayesinə göstərdiyi diqqət nəticəsində bu sahə ölkəmizin müdafiə qabiliyyətinin mühüm dayaqlarına çevrilib". (report)
Demokrat.az

