Putin SSRİ-nin bərpası barədə danışdı

DÜNYA 01 iyl 2021, 00:31
Rusiya prezidenti Vladimir Putin SSRİ-nin bərpası barədə danışıb.

TASS xəbər verir ki, dövlət başçısı ənənəvi illik birbaşa xətt zamanı bu ideyanı mənasız adlandırıb.

“Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrindən bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bir sıra səbəblərdən hətta məqsədəuyğun deyil”, - deyə o, bəyan edib.

Putinin sözlərinə görə, SSRİ-nin bərpası həlli mümkün olmayan sosial problemlər yaradacaq, dövləti təşkil edən etnik özəyin aşınmasına səbəb olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top