Lüksemburqun baş naziri koronavirusa yoluxdu

DÜNYA 27 iyn 2021, 23:58
Lüksemburqun baş naziri Ksavye Bettel koronavirusa yoluxub.

Demokrat.az-ın "Luxemburger Wort" nəşrinə istinadən verdiyi məlumata görə, baş nazir 10 gün karantində qalacaq və öz vəzifəsini məsafədən icra edəcək.

Məlumata əsasən, K.Bettel xəstəliyi yüngül formada keçirir.

Qeyd edək ki, Lüksemburqun baş nazirinə mayın əvvəlində vaksinin birinci dozası vurulub, ikinci doza isə gələn həftə vurulmalı idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top