Bayden: "ABŞ qoşunları Əfqanıstanda uzun müddət qala bilməz"

DÜNYA 26 iyn 2021, 21:17
"Əfqanıstan ABŞ qoşunlarının Hinduquş dağ silsiləsində daha uzun müddətə qalmasına ümid edə bilməz".

“Report” “dw”ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Əfqanıstan prezidenti Əşrəf Qani ilə Ağ evdə görüşündə deyib.

ABŞ prezidenti bildirib ki, əfqanıstanlılar talelərini özləri həll etməlidir.

C.Bayden Əşrəf Qanini əmin edib ki, qoşunları Əfqanıstandan çıxandan sonra ABŞ Hinduquşda onlara dəstək verəcək: “ABŞ-la Əfqanıstan arasında tərəfdaşlıq bitmir. Bizim qoşunlar çıxa bilər, ancaq Əfqanıstana dəstəyimiz davam edəcək”.

Qeyd edək ki, ABŞ və NATO-dakı müttəfiqləri bu ilin mayından Əfqanıstandakı hərbi kontingenti çıxarmağa başlayıb. Prosesin 2021-ci il sentyabın 11-də başa çatması planlaşdırılır. Pentaqon Əfqanıstanda 650 hərbçi saxlamaq niyyətində olduğunu bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top