Gürcüstanda qubernator vəzifəsindən azad edildi

DÜNYA 26 iyn 2021, 18:41
Gürcüstanın Quriya bölgəsinin qubernatoru Giorgi Saxokiya vəzifəsindən azad edilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

İddialara əsasən, buna səbəb dövlət səlahiyyətlisinin keçmiş baş nazir Giorgi Qaxariya ilə sıx münasibətlərinin olmasıdır.

G.Saxokiya sabiq hökumət başçısı tərəfindən bu ilin fevralında qubernator təyin olunmuşdu.

Qubernatorun istefaya göndərilməsi barədə rəsmi məlumat hələ yayılmayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top