Paşinyan: "Qarabağın müstəqilliyini tanısaq, bu, müharibəyə səbəb olacaq"

QARABAĞ 18 iyn 2021, 10:18
"Qarabağın müstəqillyini tanısaq, bu, müharibəyə səbəb olacaq".

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yerli İctimai Televiziyanın efirində çıxışı zamanı bildirib. 

Daha sonra o sual edib: Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması təhlükəlidirmi və bu, müharibəyə səbəb ola bilərmi?

O, 44 ​​günlük müharibə zamanı və ya sonrasında Ermənistan hökumətinin Qarabağın müstəqilliyini niyə tanımadığına dair müxaliflərin tənqidlərinə cavab verib:

“Müharibədən sonra tez-tez müxalifət nümayəndələri ”Qarabağ Ermənistandır, nöqtə" dediyim üçün məni müharibənin başlanmasına səbəb olmaqda günahlandırırlar. Bu bəyanatdan sonra müharibə başladısa, bəs Qarabağın müstəqilliyini tanısaydıq, başlamayacaqdı? İndi deyirlər ki, Qarabağın müstəqilliyini tanıyaq. Bu, müharibəyə səbəb olmazmı? Bunun müharibəyə aparan açıq bir mövqe olduğu mənim üçün aydındır", - deyə Paşinyan qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top