Ermənistanda koronavirusa yoluxanların sayı 223 212-yə çatdı

DÜNYA 07 iyn 2021, 19:07
Ermənistanda son sutkada koronavirusa 32 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 212-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 5 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 463-ə yüksəlib.

Koronavirusdan 214 504 nəfər müalicə olunub. Hazırda 3 154 pasiyent müalicə olunur.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top