Tehran Ermənistan ordusunu döyüşə hazırlayacaq: İran PUA-ları sərhədimizdən məlumatları İrəvana ötürür? — FOTO

SİYASƏT 20 may 2021, 23:01
İran Ermənistana ali rütbəli hərbi müşavirlər göndərib.

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İranın “Azad İran” “Telegram” kanalı Ermənistan KİV-nə istinadən məlumat yayıb.

Hərbi müşavirlər Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsi üçün bu ölkəyə göndərilib.

Yazıda həmçinin bir müddət əvvəl İrana məxsus PUA-ların Azərbaycan sərhədində uçuş həyata keçirməsi də xatırladılıb. Qeyd olunub ki, İran PUA-larının kəşfiyyat uçuşları təsadüfi deyil, məqsədyönlü xarakter daşıyır. Belə ki, bununla İran Naxçıvanda keçirilən təlimlər və Azərbaycan ordusunun Qarabağdakı bölmələrinin yerdəyişmələri barədə Ermənistana məlumat ötürür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top