Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Demokrat.az xəbər verir ki, Xocavənd şəhərinin mərkəzi meydanında qurulmuş səhnədə təşkil olunan konserti Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini Murad Hüseynov və doğma yurda qayıtmış Xocavənd sakinləri izləyiblər.
Konsertdən əvvəl çıxış edən Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Dövlət Suverenliyi Günü və Şəhər Günü münasibətilə Xocavənd sakinlərinə təbriklərini çatdırıb.
Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş digər ərazilərimiz kimi Xocavənd də sürətlə bərpa olunur, qurulur: "Bir il öncə bu rayonda bir nəfər də olsun soydaşımız yaşamırdı. Hazırda Xocavənd rayonunda 4500 nəfərə yaxın soydaşımız məskunlaşıb və bu proses davam edir".
Sonra səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.
Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri — Xalq artisti Heydər Anatollu, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat və Aynur İsgəndərli çıxış ediblər.
Teatrın instrumental ansamblının müşayiəti ilə gerçəkləşən bayram konsertində Azərbaycanın bəstəkar və xalq mahnıları səsləndirilib.
Əsasən qəhrəmanlıq və birliyi tərənnüm edən nəğmələrdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda Xocavənd məktəblisi Zülfiyyə Orucovanın ifasında vətənpərvərlik ruhlu şeir qiraət olunub.
Konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, azad yurdun səması rəngbərəng işıqlara bürünüb.

Demokrat.az